“Azərbaycan dili və ədəbiyyat tədrisi” il ərzində 4 dəfə olmaqla Azərbaycan, türk, ingilis və rus dillərində humanitar elmlər istiqaməti üzrə dilçiliyin və ədəbiyyatşünaslığın bütün sahələrinə aid orijinal, yüksək keyfiyyətli elmi məqalələr dərc edən resenziyalı, açıq girişli elmi-metodik jurnaldır. Jurnalda Azərbaycan ədəbiyyatı ilə yanaşı, xarici ölkə ədəbiyyatının da tədqiqi və tədrisi ilə bağlı elmi-metodik məqalələrin nəşrinə yer verilir.
Jurnal elmi ictimaiyyət, dilçi-alimlər, filologiya sahəsi üzrə mütəxəssislər, doktorantlar, magistrantlar, Azərbaycan dili və ədəbiyyat müəllimləri, uyğun ixtisas üzrə təhsil alan tələbələr və bu sahə ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Jurnalın məqsədi
- Azərbaycan dili və ədəbiyyatın (həmçinin dünya ədəbiyyatının) tədrisi metodikasını araşdırmaq;
- Azərbaycan dili və ədəbiyyatın (həmçinin dünya ədəbiyyatının) tədqiqi və təbliği problemlərini araşdıraraq onların həlli yollarını müəyyən etmək;
- Ana dilinin saflığı və işləkliyini qorumaq;
- Müəllimlərə elmi-metodik köməklik göstərmək.
Mövzu sahələri
- Dilçilik məsələləri
- Metodika
- Qrammatika
- Dialektologiya
- Mətnşünaslıq
- Azərbaycan ədəbiyyatı
-
- Dünya ədəbiyyatı
- Uşaq ədəbiyyatı
- Folklorşünaslıq
- Nəşrlər